RƏSMİ

11 Avqust

Dövlət büdcəsindən bu il qrant və digər ödənişlərə 216 mln. manatdan çox vəsait xərclənib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin qrantlar və digər ödənişlər üzrə xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4% və ya 11,1 mln. manat artaraq 216,4 mln. manat icra edilib.

Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Qrantlar və digər ödənişlər üzrə xərclər proqnoza nisbətən 11,6% və ya 22,6 mln. manat çox icra edilərək illik proqnozun 50,9%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında qrantlar və digər ödənişlər üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə may ayında az, digər aylarda çox icra edilib.