RƏSMİ

11 Avqust

Dövlət büdcəsinin faizlər üzrə xərcləri azalıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz və ya 61,6 milyon manat azalaraq 246,2 milyon manat icra edilmişdir.

Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, faizlər üzrə ödənişlər proqnoza nisbətən 14,8 faiz və ya 42,9 milyon manat az icra edilərək illik proqnozun 39,3 faizini təşkil etmişdir.

Cari ilin yanvar-iyun aylarında faizlər üzrə ödəniş xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə may ayında çox, digər aylarda az icra edilmişdir