2021-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin icrasına dair vəziyyət açıqlanıb.
Bununla bağlı Maliyyə Nazirliyi hesabat yayıb.
Bildirilir ki, dövlət büdcəsinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 267,8 milyon manat azalaraq, 11 milyard 755 milyon manat təşkil edib.
Dövlət büdcəsinin xərclər isə 140,3 milyon manat azalaraq, 11 milyard 590 milyon 500 min manat həcmində olub.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 480 milyon 300 min manat, gəlirləri isə 444 milyon 200 min manat az icra edilib.