Ticarət nümayəndələri Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə ayrıca fəaliyyət göstərəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
İndiyə kimi ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirib.
Dəyişikliyə əsasən isə, artıq ticarət nümayəndələri Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələrdə müvafiq səfirlik və ya konsulluqda təyin olunur və öz funksiyalarını təyin olunduğu səfirlik və ya konsulluğun tərkibində həyata keçirəcək, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə isə ayrıca fəaliyyət göstərəcək.