RƏSMİ

30 İyun

Baş nazirdən Ağcabədi şəhərinin Baş planının təsdiq edilməsi ilə bağlı QƏRAR

Ağcabədi şəhərinin Baş planı təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ağcabədi şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunmuşdur. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasi