Prezident İlham Əliyev A.M.Məmmədova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzaladı.
Sərəncamı təqdim edirik:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Ümumi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Anar Məhəmməd oğlu Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.