Ali Məhkəmənin Plenumu işə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 438-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Ali Məhkəmənin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndəriləcək.