Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs 2000 manatadək miqdarda cərimə olunacaq.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, hazırda bu cərimənin məbləği 220 manatadəkdir.