RƏSMİ

24 İyun

Naxçıvan aeroportu ilə bağlı BAŞ NAZİRİN QƏRARI

“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.