RƏSMİ

22 İyun

Kəlbəcərə 24,5 milyon manat ayrıldı – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24.500.000,0 (iyirmi dörd milyon beş yüz min) manat ayrılıb.Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir”.