RƏSMİ

17 İyun

Azərbaycanda Enerji effektivliyi fondu yaradılacaq

Enerji effektivliyi fondu yaradılması təklif olunur.

Fins.az-ın məlumatına görə, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradacaq.

Enerji effektivliyi fondu aşağıdakımənbələr hesabına maliyyələşəcək:

- enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait);

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər;

- qanunla qadağan olunmayan digər mənbələr.

Enerji effektivliyi fondunun vəsaiti bu qanunda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.