RƏSMİ

25 May

Hesablama Palatasına hesabat təqdim etməyən qurumlar - SİYAHI

Hesablama Palatasına 2021-ci il tarixinə hesabat təqdim etməyən qurumların sayı açıqlanıb.

Bu barədə  Hesablama Palatasının 2020-ci ilin dövlət büdcə layihəsinin icrasına dair sənədə verdiyi rəydə bildirir.

Qeyd olunur ki, Hesablama Palatasına hesabat təqdim etməyən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların sayı 13-dür.

Həmin qurumların siyahısını təqdim edirik:

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Bakı Konqres Mərkəzi” MMC, “Mir” Dövlətlərarası Teleradio şirkəti Azərbaycan Milli Nümayəndəliyi, Azərbaycan Nəşriyyatı, “Azergold” QSC, “Azal” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC, “Azərxalça” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi.

Rəydə yazılıb ki, qanunvericilikdə büdcədən maliyyə yardımı alan təşkilat anlayışının verilməməsi bir çox təşkilatın bu hesabatları təqdim edib-etməməsi barədə suallar yaradır.

Hesablama Palatasının rəyi parlamentin iclasında müzakirəyə çıxarılacaq.

© OXu