RƏSMİ

24 May

Serbiya Azərbaycandan aldığı borcu vaxtından əvvəl qaytarıb

2020-ci ildə Azərbaycanın xarici dövlətlərə verdiyi kreditlər üzrə daxilolmalar 2,4 milyon manatlıq proqnoza qarşı 332,5 milyon manat təşkil edib.

Bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, artım Serbiyaya verilmiş kreditlərin vaxtından əvvəl qaytarılması ilə bağlıdır. Belə ki, qarşı tərəf Azərbaycan tərəfinə müraciət edərək kredit müqaviləsində göstərilən müddətdən əvvəl krediti tam qaytarmaq niyyətində olduğunu bildirib və buna razılıq alıb.

© Report