RƏSMİ

24 May

Aqrar Xidmətlər Agentliyinə dövlət büdcəsindən ayırmalar 78% artıb

2020-ci ildə dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə 35,2 milyon manat vəsait ayrılıb.

Bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu, 2019-cu illə müqayisədə 15,4 milyon manat və ya 78 % çoxdur.

Vəsait bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji peraparatların və digər bitki mühafizə vasitələrinin istifadəsini, ölkə ərazisində heyvanların müxtəlif xəstəliklərdən həmçinin xarici dövlətlərdən keçə biləcək yolxucu xəstəliklərdən keçə biləcək yolxucu xəstəliklərdən qorunmasını və onların müalicəsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq -sanitariya keyfiyyəti sahəsində dövlət nəzarətini həyata keçirmək üçün ayrılıb.