Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 234,3 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% azdır.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinin xərcləri isə 7 527,7 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,6% çoxdur.
Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 706,6 mln. manat və ya ÜDM-in 2,8%-ni təşkil edib.