Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2020-ci ili 238 min manat xalis mənfəətlə başa vurub. Halbuki, İnstitut 2019-cu ildən 20 min manat mənfəətlə çıxmışdı.
Fins.az xəbər verir ki, ötən il AMİ-nin əsas əməliyyat gəlirləri 2,079 milyon manat (əvvəlki ilə nisbətən 5,7% çox), satışının maya dəyəri 2,051 milyon manat (5,3% çox), maliyyə gəlirləri 232 min manat (1 il əvvəl olmayıb), inzibati xərcləri 21 min manat (1 il əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 2 min manat (1 il əvvəl olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə AMB-nin aktivləri 4,757 milyon manat olub ki, bu da illik müqayisədə 1,3% azdır. Hesabat dövründə İnstitutun öhdəlikləri təxminən 12 dəfə azalaraq 7 min manata, balans kapitalı isə 1,3% azalaraq 4,75 milyon manata düşüb.
Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.
© report