Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına dəyişiklik edilib.
Fins.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, meyit qanının tədarükü, konservasiyası, orqan və toxumalarının hazırlanması və saxlanması ilə məşğul olan laboratoriyaların, şöbələrin və bölmələrin işçilərinə 6 gün əlavə məzuniyyət veriləcək.
Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.