RƏSMİ

29 Aprel

Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Mübariz Ağali oğlu Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilir.