RƏSMİ

19 Aprel

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.