RƏSMİ

06 Aprel

Qəlyan üçün tütünlərə aksiz vergisi tətbiq olunacaq

Aksiz vergisinə cəlb edilən məhsulların sayı artırılıb. 

Fins.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlərin 1 kq-ı üçün 30 manat aksiz vergisi tətbiq olunacaq.

 

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.