İlk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün stajorluq müddətinin aşağı salınması gözlənilir.
Bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif olunur.
Qanunun 5.2-ci maddəsinə görə, ilk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün bir illik stajorluq müddəti müəyyən edilir.
Qanun layihəsində həmin müddətin 6 ay olması təklif edilir. Sənədə əsasən, baş prokuror hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər.
Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin ediləcək. Rəyi mənfi olarsa, stajor attestasiyadan keçiriləcək. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunacaq.
Layihə parlamentin iclasında müzakirəyə çıxarılacaq.
© Oxu