Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Fins.az-ın məlumatına görə, Ə.Əsədov bildirib ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində çox önəmli hadisə baş verib:
“44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin sarsılmaz iradəsi, xalq-iqtidar birliyi nəticəsində şanlı Ordumuzun düşmən üzərində qələbəsini şərtləndirdi”, - deyə baş nazir əlavə edib.
Ə.Əsədov qələbə münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və deputatları təbrik edib.