RƏSMİ

15 Mart

Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı müəyyənləşib.

 Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” qərar dəyişiklik edib.

Belə ki, Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq və qeydiyyat şöbəsinin müdiri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri.