RƏSMİ

11 Mart

Dövlət qurumlarının bəzi funksiyalarının özəl sektora keçməsi ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, dövlət qurumlarında tənzimləyici və kommersiya funksiyalarının ayrılaraq özəl sektora keçməsi istiqamətində təkliflər hazırlanır.

Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsinin qəbulu və Dövlət İnsvestisiya Holdinqinin yaradılması da bu işlərə öz töhfəsini verəcək.

Eyni zamanda, hazırda dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi sahəsində yeni qanun layihəsi hazırlnaır. Məqsəd iri şirkətlər və səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi və ya onların fəaliyyətində səmərəliliyin özəl-dövlət tərəfdaşlığı mexanizmləri əsasında artırılmasıdır.