2021-ci ilin 1 yanvar tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləği 13031,4 mln. dollar ekvivalentində kredit sazişləri imzalanıb.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, bu sazişlərə əsasən, cəlb olunması nəzərdə tutulan kreditlərdən 11832,8 mln. dolları (94,8%), o cümlədən 2020-ci il ərzində 470,7 mln. dollar ekvivalentində vəsait istifadə edilib.
2021-ci il 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3732,4 mln. dollar məbləğində borc qaytarılıb. Xarici dövlət borcunun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2021-ci il 1 yanvar tarixinə 8821,5 mln. ABŞ dolları ekvivalentində olub.
Ümumilikdə adambaşına düşən xarici dövlət borcunun məbləği cari ilin 1 yanvar tarixinə 871,8 dollar təşkil edir.