RƏSMİ

10 Mart

İri dövlət şirkətlərinin özəlləşdirilməsinə dair qanun layihəsi hazırlanır

Dövlət əmlakının özəlləşdirilməsi və istifadəyə verilməsi sahəsində yeni qanun layihəsi hazırlanır.

Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi və dövlət qurumlarında tənzimləyici və kommersiya funksiyalarının ayrılaraq özəl sektora keçməsi istiqamətində təkliflər hazırlanır. Dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsinin qəbulu və Dövlət İnvestisiya Holdinqinin yaradılması da bu işlərə öz töhfəsini verəcək.

Hesabatda nəzərə çatdırılır ki, eyni zamanda iri şirkətlər və səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi və ya onların fəaliyyətində səmərəliliyin özəl-dövlət tərəfdaşlığı mexanizmləri əsasında aparılması məqsədilə hazırda dövlət əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi sahəsində yeni qanun layihəsi hazırlanmaqdadır.

© APA