RƏSMİ

23 Fevral

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə və psixotrop maddələrin sayı artıb

Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə və psixotrop maddələrin sayı artıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daha ikisi əlavə edilib:

 

- (1S, 5R, 13R, 17R) – 10, 14-dimetoksi-4-metil-12 oksa- azapentasiklo

- Propanidid.

Eyni zamanda Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına daha ikisi əlavə edilib:

- N-hidroksi-2-(difenilmetilsulfinil) asetamid (adrafinil)

- Dekstrometorfan.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı da genişləndirilib. Belə ki, daha 18 psixotrop maddə bu siyahıya əlavə edilib:

Aprobarbital

Brallobarbital

Buprenorfin

Dezxloretizolam

Diklazepam

Etizolam

Fonazepam

Ftorbromazepam

Ftorbromazolam

Heptabarbital

Klonazolam

Kloniprazepam

Kvazepam

Meklonazepam

Nifoksipam

Pirazolam

Sinazepam

Vinbarbital.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların sayı da artır.

Aşağıdakı prekursorların Azərbaycanda idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunması təklif edilir:

- Alfa-fenilasetoasetamid (APAA)

- Alfa-fenilasetonitril (APAAN)

- 4 – Anilino – N – fenetilpiperidin (ANPP)

- N-fenetil-4-piperidinon

- 3,4-MDP-2-P metil qlisidat (PMK glycidate)

- 3,4- MDP-2-P metil qlisidik turşusu (PMK glycidic acid).

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

© APA