Prezident İlham Əliyev bu gün “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
Sərəncama əsasən, Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü Rövşən Nəcəfdir.
Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini Elçin Ağakişiyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru İlham Pənahov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidlidir.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2020-ci il noyabrın 6-da “AzerGold” QSC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb