Mülki Məcəlləyə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədilə dəyişiklik edilir.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, əmək müqaviləsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas sayılmayacaq.