RƏSMİ

16 Fevral

Yanvarda əsas kapitala 724 milyon manat yönəldilib

Cari ilin yanvar ayında əsas kapitala 724 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,1 faiz, qeyri -neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 38,8 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 583 milyon manatı və ya 80,5 faizi məhsul istehsalı sahələrinə, 80,7 milyon manatı (11,2 faizi) xidmət sahələrinə, 60,3 milyon manatı (8,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.