RƏSMİ

05 Fevral

İlham Əliyevdən Prezidentin xüsusi nümayəndəlikləri ilə bağlı fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Prezidentin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Prezidentin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.