Nazirlər Kabineti Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Nazirlər Kabineti “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etməlidir
- qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
- aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;
- Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.