Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası əlilliyi olan şəxslərin reyestrinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
Bu, Baş nazir Əli Əsədovun bu gün təsdiqlədiyi “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, əlilliyi olan şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd onlar barədə ölkə üzrə vahid və müfəssəl informasiya bazasının formalaşdırılması, infrastruktur obyektlərinin, ictimai binaların, ətraf mühitin əlilliyi olan şəxslərin istifadəsi üçün müyəssərliyi barədə məlumatların ölkə üzrə uçotunun aparılması, həmçinin əlilliyi olan şəxslərə dair məlumatların təhlilinin, proqnozlaşdırmanın aparılması, əlillik sahəsində göstərilən dövlət xidmətlərinin keyfiyyətinin artırılması və ayrı-ayrı qurumların əlilliyi olan şəxslərlə bağlı öhdəliklərinin icra vəziyyətinin monitorinqinin aparılmasından ibarətdir.