RƏSMİ

30 Dekabr

Noyabrda “Azərkosmos” 20 ölkəyə 3,5 milyon dollarlıq xidmət ixrac edib

Bakı 30 dekabr Fins.az

Cari ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən 30 ölkəyə 41,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

Noyabrda ASC 20 ölkəyə 3,5 milyon dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos”un cari ilin yanvar-noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.