RƏSMİ

29 Dekabr

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə vaxtı dəyişib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanunun qüvvəyə minmə vaxtı 2021-ci ilin yanvarın 1-dən iyulun 1-dək uzadılıb.