RƏSMİ

26 Dekabr

Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə edib

Bakı 26 dekabr Fins.az

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilib.

Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.