RƏSMİ

26 Dekabr

Gömrük Komitəsindən büdcəyə 3,5 milyard manat daxil olub

Bakı 26 dekabr Fins.az

Cari ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 585 milyon 516 min manat olub.

Komitədən bildirilib ki, 11 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 912 milyon 996 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 511 milyon 70 min manat, aksizlər üzrə 128 milyon 129 min manat, yol vergisi üzrə isə 33 milyon 321 min manat təşkil edib.