2021-ci ilin dövlət büdcəsindən diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği məlum olub.
Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 7,3 milyon manat vəsait nəzərdə tutulub.