RƏSMİ

21 Dekabr

Azərbaycanda gələn il üçün sosial müdafiə və sosial təminat xərcləri MƏLUM OLUB

Bakı 21 dekabr Fins.az

Gələn il sosial müdafiə və sosial təminat xərcləri üçün dövlət büdcəsindən 3 milyard 692 milyon 746 min 545 manat vəsait ayrılacaq.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, sosial müdafiə xərcləri 289 milyon 724 milyon 358 manat, sosial təminat xərcləri 4 milyon 818 min 974 manat, sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar üçün 60 min manat, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün 3 milyard 398 milyon 143 min 213 manat olacaq.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün isə 1 milyard 631 milyon 530 min 950 manat vəsait ayrılması nəzərdə tutulur.