2021-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 42,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 0,4 milyon manat və ya 0,8 faiz çoxdur.