Aqrar sığorta qaydaları təsdiq edilib
Aqrar sığorta Qaydaları təsdiq edilib.
Fins.az-ın məlumatına görə, Qaydalara əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar aqrar sığorta predmeti hesab olunur.
Qaydaların tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərinin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, aqrar sahədə sığortanın inkişaf etdirilməsi, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.