Həftəsonu ictimai nəqliyyatın hərəkətinin dayandırıldığı rayonlara daha ikisi əlavə edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Cəlilabad və Masallı rayonlarında da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Qeyd edək ki, indiyə qədər Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılıb.