RƏSMİ

25 Oktyabr

Hikmət Hacıyev Misirin \"Al Ahram\" qəzetinə müsahibə verib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Misirin aparıcı "Al Ahram" qəzetinə müsahibə verib.

Fins.az bildirir ki, bu barədə H.Hacıyev öz "Twitter" səhifəsində yazıb.

Prezidentin köməkçisi bildirib: "Ərəb dünyası da Ermənistanın Azərbaycan xalqına qarşı vəhşiliklərindən xəbərdar olmalıdır. 30 illik işğal və Ermənistanın BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməkdən imtina etməsi".