RƏSMİ

29 Dekabr

İlham Əliyev institut direktorunu təltif etdi

Prezident İlham Əliyev Dilqəm Tağıyevin təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Dilqəm Bəbir oğlu Tağıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Dilqəm Bəbir oğlu Tağıyev Azərbaycan kimyaçı alim, AMEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvüdür.