RƏSMİ

19 Dekabr

Aqrar sığorta predmetinin tərkibi təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr tarixli 479 saylı qərarı ilə Aqrar sığorta predmetinin tərkibi təsdiq edilib.

Fins.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq daxildir.

Bununla yanaşı, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, akvakultura məhsulu üzrə balıqlar aid edilir.

Qeyd edilib ki, hər il üçün sığorta məhsulları bu siyahının 1-ci hissəsində göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15- dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.