31 Oktyabr

Nağd pulun hərəkəti haqqında HESABAT

İngilis dilindən tərcümədə "Cash Flow Statement" “Nəğd pulun hərəkəti haqqında hesabat” adlanır.
Nağd vəsaitin hərəkəti haqqında hesabat üç hissədən ibarətdir:

- Əməliyyat fəaliyyətindən yaranan nağd vəsait hərəkəti (Cash Flow From Operating Activities).Şirkətinin bilavasitə fəaliyyətindən irəli gələn nağd vəsait axını buraya daxil edilir. Şirkətin fəaliyyəti dedikdə istehsal etdiyi və satdığı məhsula görə (və ya göstərilən xidmətlərə görə) alınan nağd pul, xammala xərclənən nağd pul və s. bura daxil edilir.

İşçilərə ödənilən maaş da buraya xərc kimi qeyd edilir.Şirkətin uğurlu fəaliyyət göstərib-göstərməməsi məhz buradakı pul axınlarından bilinir

-İnvestisiya fəaliyyətindən yaranan nağd vəsait hərəkəti (Cash Flow From Investing Activities). İstehsal (və ya xidmət) üçün zəruri olan avadanlığın, alətlərin, nəqliyyatın, binanın və s. alınmasına və ya icarəyə götürülməsinə xərclənən nağd pul buraya daxil edir. Həmin aktivlər satıldığı zaman əldə edilən nağd pul da həmçinin buraya daxil edilir.

- Maliyyə fəaliyyətindən yaranan nağd vəsait hərəkəti

Şirkətin maliyyələşməsi üçün alınan və xərclənən pullar buraya qeyd edilir. Yəni, şirkət sahibləri şirkətin dövriyyəsinə əlavə pul qoyduqda həmin pullar bu kateqoriyada göstərilir. Bankdan alınan kredit, ödənilən faizlər, ödənilən dividendlər və s. bunların hamısı öz əksini burada tapır.