“Avtomobil krediti vətəndaşın ilkin ehtiyac krediti deyil. Avtomobil krediti lüks kredit hesab olunur. Təcrübə göstərdiki vətəndaşlar bəzən imkanlarından artıq qiymətə olan avtomobillərə can atırlar. Buna səbəb də kreditlərin olmasıdır. Sonra da bu kreditlərin ödənilməsin də problemlər yaşayırlar” Bu sözləri Fins.az-a açıqlama verərkən iqtisadçı ekspert Elman Sadıqov bildirib.
Taksi üçün istifadə olunan avtomobilləri alanlar elə də çox vəsait bankdan cəlb etmirlər. İnsanlar var ki, 20 min manatı var 40-50 min manatlıq maşın kreditə götürür. Bu da lazımsız borclanmaya səbəb olur. Avtomobil ev deyilki xüsusi lazımlı olsun. Misal olaraq mənzil ipotekası var və bu kreditin məqsədi bəllidir. Hökumət də istəyir ki, ipoteka krediti daha da sadələşdirilsin ki, insanlar asanlıqla ipoteka kreditini götürsünlər. Amma avtomobil kreditləri belə deyil. O da təbiidir ki, avtomobil kreditləri iqtisadi cəhətdən də o qədər effektiv kreditlər deyil.
Bəs nə üçün bəzi xarici ölkələrdə avtomobil kreditlərinə dövlət dəstək göstərir? Özü də aşağı faizlə
Ekspert Elman Sadıqovun sözlərinə görə, o ölkələrdə avto kreditlər aşağı faizlə verilir ki, həmin ölkələr özləri avtomobil istehsal edirlər və öz istehsallarını dəstəkləmək üçün çox sərfəli şərtlərlə kreditlər təklif edirlər. Ölkədə avtoparkın davamlı yenilənməsi, istehsalın davamlı olaraq yüksək səviyyədə qalması üçün bu addımlar atılır.
Əgər bir ölkədə bir məhsulun istehlak kreditləşməsi genişlənərsə bu çox müsbət haldır. Bunu Türkiyədə Beko şirkətinin timsalında göstərmək olar. Bu şirkəti məşhur edən istehlak kreditləşməsi oldu. Nə qədər çoxhəmin məhsulun satışı təşviq olunarsa həmin müəssisə inkişaf edər investisiya qoyuluar , təzə kreditlər alınar və yeni iş yerləri açılar. Bu şirkətlər çox qazandığı üçün dövlətə vergini də çox və iqtisadiyyata da xeyiri olur.
Amma o məhsul ki, ölkə daxilində istehsal olunmur həmin məhsulun kreditləşməsi həmin ölkənin iqtisaiyyatı üçün müsbət yox əksinə mənfi təsir yaradır. Niyə? Çünki ölkədə kapital axını baş verir. Ona görə də avtokredit nə iqtoisadi cəhətdən xüsusi ilə də xaricdə istehsal olunmuş avtomobillərin kreditləşməsini, nə iqtisadi cəhətdən səmərəli deyil. Ölkə iqtisadiyyatına xeyiri yoxdur. Çünki daxildə istehsal olunmur. Ölkədən kapital axınını sürətləndirir. Əhalinin lüzumsuz yerə borclanmasını imkan verir. Heç bir iqtisadi dəyəri yoxdur. Yəni avto kredit götürənlərin 70-80% bu avtomobillərdən heçnə qazana bilmir əksinə borclanır. Taksi üçün istifadə olunan maşınlar istisna omaqla, bu sadalananlar onu göstərir ki, avto kreditlər vətəndaşa heç bir xeyiri olmayan iqtisadi xeyiri olmayan bir məslədir. Lüzumsuz yerə borclanma yaradır deyə ekspert bildirib.
Nə üçün banklar avtomobil kreditində maraqlı deyillər? Axı Banklar kreditdən qazanır
Banklar məcburdurlar ki, yaxın, orta və uzun müddətli perspektivləri düşünsünlər . Əvvəllər məzənnə stabil idi. Neftin qiymətində stabillik var idi. Banklar fikirləşirdilər ki, bu gün verdikləri kredit 4-5 ildən sonra böyük ehtimalla əksər hissəsi geri qayıdacaq. Çox təəssüfki hal-hazırda vəziyyət bizə belə fikirləşməyə imkan vermir. Çünki bu gün banklar avto kreditlərdən müəyyən məbləğ qazana biləcəklərsə də sabah o kreditlərin batması nəticsində o qazanclar da əllərindən çıxa bilər. Yəni avto kreditlər yaxın müddət üçün banklara prespektivli gəlirli görünə bilər. Amma gələcəkdə bu sahədə problemli kreditlər artdıqca qazandıqları da əllərindən çıxacaq.
Doğru olaraq avtomobil kreditlərinin şərtləri sərtləşib. Əvvəl kredit şərtləri asan idi. İndi isə ağırdı. Hazırda köhnə avtomobillərin yalnız 20% ni bank maliyyələşdirir, qalan hissəsini müştəri özü ödəyir. 1 yaşına qədər olan avtomobillərdə isə 50 nin 50 yə dir.
Maliyyə Bazarlarıan Nəzarət Platası və Mərkəzi Bank çox düzgün addım atıblar ki , şərtlər sərtləşdirilib. Bununla da əhalinin lüzumsuz yerə borclanmasının qarşısı alınıb. Çünki bu tip kreditlərin nə ölkəyə iqtisadiyyatına nə də vətəndaşlara heç bir xeyiri yoxdur.
Müəllif: Xeybər Heydərov