31 Oktyabr

AGBank-ın İnternet Bank sisteminin əsas üstünlüyü nədir?

İnternet Bank xidməti vasitəsilə müştərilər cari hesablarını, kartlarını, əmanətlərini, köçürmə və ödənişlərini Banka gəlmədən rahat və təhlükəsiz qaydada idarə edə bilərlər.

AGBank-ın İnternet Bank sisteminin əsas üstünlüyü onun təhlükəsizliyidir. İnternet Bank Sisteminə daxil olmaq və aparılacaq əməliyyatları təsdiqləmək üçün “Vasco Token” cıhazlarından istifadə edilir.
İnternet Bank xidməti AGBank-ın bütün yeni və mövcud müştəriləri üçün nəzərdə tutulub. Xidməti aktivləşdirmək üçün bankın istənilən ofisinə yaxınlaşmaq kifayətdir.

Xidmətlərin siyahısı:
• Hesablaşma əməliyyatlarının növləri
• Şəxsi hesablar / kartlar arasında ödənişlər
• Bankın müştərilər arası köçürmələri
• Kommunal ödənişlər
• Büdcəyə ödənişlər
• Valyuta köçürmələri
• Rubl (RUR) köçürmələri
• Kütləvi ödənişlər
• Kartdan karta köçürmə (Azericard sisteminin daxilində)
• Kartdan şəxsi cari hesaba köçürmə
• Cari hesabdan şəxsi kart hesabına köçürmə
• Konvertasiya əməliyyatları
• Ölkə daxili və xarici bank köçürmələrinin aparılması

Məlumatlandırma əməliyyatlarının növləri
• Cari, kart və ssuda hesabları haqqında ətraflı məlumat
• Əmanət müqavilələri, hesablanmış faizlər və əlavə edilmiş vəsaitlər haqqında məlumat
• Qüvvədə olan kredit müqavilələri, o cümlədən ödəniş cədvəllərindəki borclar haqqında məlumat
• Hesablar üzrə ödəniş cədvəllərin və istənilən müddət üzrə hesabdan çıxarışların təşkil edilməsi

Həmçinin, AGBank Mobil telefon vasitəsilə İnternet bank xidmətindən tam funksional şəkildə istifadə etmək imkanlarını təklif edir.