31 Oktyabr

Maliyyə Bazarlarına Nəzarət Palatası “Standard&Poor’s”un suallarını cavablandırıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdə olan StandardPoor’s (SP) reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Palatanın İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov, İdarə Heyətinin üzvü İmran Məmmədov, Beynəlxalq əlaqələr sektorunun əməkdaşı Tariyel Mirzəyev iştirak edib. SP-dən Avropa, Yaxın Şərq və Afrika ölkələrinin suveren reytinqləri üzrə assosiativ direktorlar Benjamin Young və Maxim Rybnikov , həmçinin Maliyyə institutlarının reytinqləri üzrə aparıcı analitik Sergey Voronenko iştirak ediblər. Görüşdə SP nümayəndələrinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində Palatanın gördüyü işlər və bu sahədə Palatanın üzərinə düşən vəzifələr barədə məlumat verilib. Həmçinin SP nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud problemlər və s. barədə sualları cavablandırılıb.

[#gallery#]