Hazırda ölkəmizdə 31 bank var. Bu bankalrın nizamnamə kapitalı isə fərqlidir. Bəs nizamnamə kapitalı nədir? Onu qeyd edək ki, nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır. Göründüyü kimi nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.
AR Mülki Məcəlləsinə əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı AR Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.
İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.
Fins.az renkinqin banklar haqqında topladığı məlumata əsasən ölkəmizdə olan bankların nizamnamə kapitalını təqdim edir.
Bankın adı |
Nizamnamə kapitalı |
Accessbank |
140 250 000,00 manat |
AFB Bank |
70 393 455,00 manat |
AGB bank |
102 200 000,00 manat |
Amrahbank |
39 844 400,00 manat |
ATA bank |
120 020 000,00 manat |
Azərbaycan Beynəlxalq bankı |
1 241 287 248,06 manat |
Azərbaycan Sənaye Bankı |
60 000 000,00 manat |
Azər Türk Bank |
50 000 000,00 manat |
Bank Avrasiya |
50 000 000,00 manat |
Bank BTB |
52 000 000,00 manat |
Bank of Baku |
52 870 000,00 manat |
Bank Respublika |
57 461 021,10 manat |
Bank Silk Vey |
104 601 420,00 manat |
Bank VTB Azərbaycan |
50 815 000,00 manat |
Dəmirbank |
21 000 000,00 manat |
Expressbank |
137 256 650,58 manat |
Gunaybank |
64 910 093,00 manat |
Xalq bank |
225 078 600,00 manat |
İran Milli Bankı |
73 611 171,44 manat |
Kapital Bank |
185 850 000,00 manat |
Muğanbank |
75 000 000,00 manat |
Naxçıvanbank |
67 827 910,00 manat |
NBC Bank |
64 000 204,80 manat |
Nikoylbank |
184 500 000,00 manat |
Pakistan Milli Bankının Bakı filialı |
9 420 000,00 manat |
Paşa Bank |
333 000 000,00 manat |
Rabitəbank |
88 500 069,82 manat |
Turanbank |
55 003 470,00 manat |
Unibank |
119 686 326,72 manat |
Yapı Kredit Bank |
46 810 703,90 manat |
Ziraat Bank Azərbaycan |
50 000 000,00 manat |
Müəllif:Xeybər Heydərov